Tüfəngdən açdığı atəşlə qardaşı Azəri qətlə yetirmiş və onun arvadı Möminəyə xəsarət yetirib hadisə yerini tərk etmiş Şamaxı şəhərində yaşayan Azad Rəşidzadə tutulmuşdur
07.06.2016İyunun 7-də Şamaxı şəhərində yaşayan Azad Rəşidzadə evində ailə-məişət münaqişəsi zəminində tüfəngdən açdığı atəşlə qardaşı Azərə və onun arvadı Möminəyə xəsarət yetirib hadisə yerini tərk etmişdir. Nəticədə Azər aldığı xəsarətdən hadisə yerində ölmüş, Möminə xəstəxanaya yerləşdirilmişdir.
Şamaxı RPŞ əməkdaşları tərəfindən hadisə yerindən 1 ədəd ov tüfəngi götürülmüşdür.
Şamaxı RPŞ və Qusar RPŞ əməkdaşlarının "isti izlər"lə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Rəşidzadə tutulmuşdur.