Nizami rayonunun Babək prospektində yol-nəqliyyat hadisəsi
07.06.2016İyunun 7-də saat 01 radələrində paytaxtın Nizami rayonunun Babək prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən 50-55 yaşlı qadın vurulmuşdur. Piyada hadisə yerində ölmüşdür.
Nizami RPİ 23-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “BMW” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Vadim Yakuşov tutulmuşdur.