Bakı şəhər sakini Zəfər Zülfiyevə məxsus avtomobildən oğurluq etmiş paytaxt sakini Elşad Aşurlu tutulmuşdur
07.06.2016Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 22-də Bakı şəhər sakini Zəfər Zülfiyevə məxsus “Toyota” markalı avtomobildən 120 funt sterlinq, 100 ABŞ dolları və 100 avro pul, habelə sənəd oğurlamış paytaxt sakini Elşad Aşurlu tutulmuşdur.