Oğurluq etmiş Masallı rayon sakini Əli Şahbazov tutulmuşdur
03.06.2016Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 16-da rayon sakini Qismət Şükürova məxsus evdən 5000 manat pul və 40000 manat dəyərində qızıl əşyalar oğurlamış həmyerlisi Əli Şahbazov tutulmuşdur.
Ə.Şahbazov oğurluğu ev sahibinin sifarişi əsasında törətməsini etiraf etmişdir.
Ev sahibi Q.Şükürov izahatında pul və qızıl əşyaların arvadına məxsus olmasını və özünün borcu olduğundan oğurladıb borcunu ödəmək niyyətini bildirmişdir.