Avtomobil qaçırmış Bakı şəhər sakini Məlikməmməd Ələkbərov saxlanılmışdır
03.06.2016İyunun 2-də saat 23 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsindən qəsəbə sakini Valeh Mustafayevə məxsus “VAZ-21013” markalı avtomobil qaçırılmışdır.
Hadisəni törətmiş Bakı şəhər sakini Məlikməmməd Ələkbərov Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Suraxanı RPİ 31-ci PB-yə təhvil verilmişdir.