Hacıqabul rayonu ərazisində “KİA” markalı avtomobillə iki piyada vurulmuşdur
02.06.2016İyunun 2-də saat 09 radələrində Hacıqabul rayonunun Qarasu kəndində Bakı şəhər sakini Anar Babayev idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən şəhər sakini Oqtay Hənifəyevi və Kürdəmir rayon sakini Vüsal Burxanovu vurmuşdur. Xəstəxanaya yerləşdirilimiş piyadalar orada ölmüşlər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.