Qazax rayonunun 2-ci Şıxlı kəndində yol-nəqliyyat hadisəsi
02.06.2016İyunun 2-də saat 05 radələrində Qazax rayonunun 2-ci Şıxlı kəndində Gürcüstan vətəndaşı Alı Abbasovun idarə etdiyi “Opel” və Türkiyə vətəndaşı Oskay Hasanın idarə etdiyi “MAN” markalı avtomobillər toqquşmuşdur. Nəticədə A.Abbasovun sərnişini, Tovuz rayon sakini Rəna Məmmədova hadisə yerində ölmüş, özünə isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.