Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Kürdəmir rayon sakini 14 yaşlı Cəfər Qasımovu oğurlayaraq qaytarılması müqabilində pul tələb etmiş Sənan Qasımzadə saxlanılmışdır

30.05.2016

Mayın 30-da naməlum şəxs Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində kirayədə yaşayan Kürdəmir rayon sakini - 14 yaşlı Cəfər Qasımovu oğurlamış, qaytarılması müqabilində anası Afətdən 20.000 manat pul istəmiş və polisə məlumat verməməsini tələb etmişdir.  

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə C.Qasımovun “VAZ-21154” markalı avtomobildə qaçırılması müəyyən edilmiş və qeyd edilən nəqliyyat vasitəsi Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi, Dövlət Yol Polisi İdarəsi və Binəqədi RPİ-nin əməkdaşları tərəfindən Azadlıq prospektində saxlanılmışdır. Sürücü - Bakı şəhər sakini 23 yaşlı Sənan Qasımzadə törətdiyi əməli etiraf etmişdir.

C.Qasımov ailə üzvlərinə təhvil verilmişdir.

Faktla əlaqədar CM-nin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanmışdır.

Araşdırma aparılır.

30.05.2016 tarixinə olan kriminal məlumatlar