Oğurluq etmiş Gəncə şəhər sakini İslam Əhmədov və Daşkəsən rayon sakini Elcan Rzayev tutulmuş, daha bir nəfər isə müəyyən edilmişdir
30.05.2016Mayın 30-na keçən gecə Nəsimi rayonunun Moskva prospektində Bakı şəhər sakini Nəzakət Muradovaya məxsus mağazadan qapının qıfılını sındırmaq yolu ilə məişət əşyası və ərzaq məhsulları oğurlanmışdır.
Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş, Gəncə şəhər sakini İslam Əhmədov və Daşkəsən rayon sakini Elcan Rzayev tutulmuş, daha bir nəfər isə müəyyən edilmişdir.