Cari il yanvarın 17-dən aprelin 18-dək olan müddətdə Bakı şəhəri ərazisində bir neçə evdən oğurluq etmiş Elvin Məmmədov və Sumbat Xəlilov tutulmuşlar
29.05.2016Binəqədi RPİ 40-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il yanvarın 17-dən aprelin 18-dək olan müddətdə Bakı şəhər sakinləri B.Hacıyevə, E.Kərimova və M.Hüseynzadəyə məxsus evlərdən pul, qızıl və məişət əşyaları oğurlamış paytaxt sakini, əvvəllər məhkum olunmuş Elvin Məmmədov və Abşeron rayon sakini Sumbat Xəlilov tutulmuşlar.