Şamaxı rayonu ərazisində “VAZ-2106” markalı avtomobillə yolun kənarında dayanmış rayon sakini Şövkət İbrahimova vurulmuşdur
29.05.2016Mayın 29-da saat 20 radələrində Şamaxı rayonunun Çuxuryurd kəndində şəhər sakini Tərlan Tomarov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolun kənarında dayanmış kənd sakini Şövkət İbrahimovanı vurmuş və o, hadisə yerində ölmüşdür.
Şamaxı RPŞ tərəfindən araşdırma aparılır.