Şəmkir rayonunda bir qrup şəxs tərəfindən ağacın kəsilərkən yoldan keçən avtomobilin üzərinə düşməsi nəticəsində onu idarə edən R.İsmayılovun ölməsi ilə əlaqədar cinayət işi başlanmışdır
28.05.2016Mayın 28-də Şəmkir rayonunun Seyfəli kəndində rayon sakinləri Kamal Bədəlov, Rafiq Məmmədov və Abbas adlı şəxs kənd sakini M.Musayevaya məxsus həyətyanı sahədəki 25-30 metrlik ağacı kəsmiş və həmin ağac yoldan keçən kənd sakini Rasif İsmayılovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilin üzərinə düşmüşdür. R.İsmayılov hadisə yerində ölmüşdür.
K.Bədəlov və R.Məmmədov Şəmkir RPŞ əməkdaşları tərəfindən tutulmuşlar.
Faktla əlaqədar cinayət işi başlanmışdır.Araşdırma aparılır.