Mayın 25-də Bakı şəhər sakini Ruslan Əzimovun ölümü ilə nəticələnən YNH-ni törədən sürücünün şəxsiyyəti müəyyən edilmişdir
28.05.2016Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 25-də Bakı şəhər sakini Ruslan Əzimovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobilin sürücüsü - paytaxt sakini Pərvin Tağıyev tərəfindən törədilməsi müəyyən edilmişdir.