Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Qazax rayon sakini Əsmər Haqverdiyeva yerləşdirildiyi xəstəxanada ölmüşdür
20.05.2016Cari il aprelin 19-da saat 13 radələrində Qazax rayonunun Ağköynək kəndində rayon sakini Vüsal Nəsibov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Əsmər Haqverdiyevanı vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş Ə.Haqverdiyeva mayın 20-də orada ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.