Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Qazax şəhər sakini Əmrah Məmmədov yerləşdirildiyi xəstəxanada ölmüşdür
20.05.2016Mayın 8-də saat 13 radələrində Qazax şəhərində şəhər sakinləri Orxan Vəliyevin və Nizami Hüseynovun idarə etdikləri “VAZ” və Mübariz Musayevin idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşmuşdur. Nəticədə O.Vəliyev və sərnişini, həmyerlisi Əmrah Məmmədov xəstəxanaya yerləşdirilmiş, Ə.Məmmədov mayın 20-də orada ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.