Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini S.Rəfiyevanı bıçaqla hədələyib onun nəqliyyat vasitəsini qaçırmış şəxslər tutulmuşlar

16.05.2016

Mayın 16-da Xətai rayonu ərazisində Bakı şəhər sakini Sevda Rəfiyeva “Kia” markalı avtomobilinə oturarkən naməlum şəxs bıçaqla onu hədələyib həmin nəqliyyat vasitəsində hadisə yerini tərk etmişdir.

DİN-in Təhlükəsiz Şəhər Xidməti tərəfindən qeyd edilən avtomobilin həmin gün saat 21 radələrində Yasamal rayonu ərazisində hərəkətdə olması aşkar edilmişdir.

Əlahiddə Çevik Polis Alayı, Yasamal RPİ 29-cu PB və Xətai RPİ 37-ci PB əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri ilə avtomobil saxlanılmış, quldurluq hadisəsini törətmiş Bakı şəhər sakini Orxan Xıdırov və həmyerlisi Aleksandr Semyonov tutulmuşlar.

16.05.2016 tarixinə olan kriminal məlumatlar