Qax şəhərində “Ekskovator YMZ” markalı traktorla “VAZ-21214” markalı avtomobil toqquşmuşdur
16.05.2016Mayın 16-da saat 21 radələrində Qax şəhərində şəhər sakini Ümid Muradovun idarə etdiyi “Ekskovator YMZ” markalı traktorla Şəki rayon sakini Firuddin Təhməzovun idarə etdiyi “VAZ-21214” markalı avtomobil toqquşmuşdur. Nəticədə F.Təhməzovun sərnişinləri, İlisu kənd sakinləri Səlihə Muradova və Xanpəri Muradova hadisə yerində ölmüş, özü isə xəstəxanaya yerləşdirilmişdir.
BDYPİ tərəfindən araşdırma aparılır.