Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sabunçu rayonu ərazisində yerləşən Şuşa şəhərciyində yaşayan Elnur Ramazanlının oğlunu girov götürərək azad etməsi müqabilində pul tələb etmiş Elnur Məmmədov tutulmuşdur

10.05.2016

Mayın 10-da Sabunçu rayonu ərazisində yerləşən Şuşa şəhərciyində yaşayan Elnur Ramazanlı 12-ci PB-yə müraciət edərək mayın 9-da 8 yaşlı oğlu Hüseynin evdən çıxaraq geri qayıtmamasını bildirmişdir.

Aparılmış araşdırmalarla özünü “İŞİD” üzvü kimi təqdim etmiş şəxsin E.Ramazanlının mobil telefonuna dəfələrlə zəng edib oğlu Hüseyni girov götürməsi, azad edilməsi müqabilində 30000 manat pul istəməsi və polisə bu barədə məlumat veriləcəyi təqdirdə onun orqanlarını çıxarıb satacağını deməsi müəyyən edilmişdir. 

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 12-ci PB  əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Abşeron rayon sakini Elnur Məmmədov tutulmuş, şəhərciyin ərazisində yerləşən 2 mərtəbəli tikintisi başa çatmamış tikilidə əlləri, ayaqları və gözləri yapışqanlı lentlə bağlı vəziyyətdə olan Hüseyn tapılaraq valideynlərinə təhvil verilmişdir. 

Faktla əlaqədar cinayət işi başlanmışdır.         

Araşdırma aparılır.