Hacıqabul rayonunun Talış kənd sakini Aydın Mahmudov tərəfindən kultivasiya yolu ilə becərilmiş 253 ədəd çətənə kolları aşkar edilərək götürülmüşdür
10.05.2016Hacıqabul RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Talış kəndi ərazisindəki meşə zolağında kənd sakini, əvvəllər məhkum olunmuş Aydın Mahmudov tərəfindən kultivasiya yolu ilə becərilmiş 253 ədəd çətənə kolları aşkar edilərək götürülmüşdür.