Gəncə şəhər sakini R.Ələsgərov münaqişə zəminində keçmiş arvadına bıçaqla ölümcül xəsarətlər yetirdikdən sonra könüllü olaraq polisə təslim olmuşdur
08.05.2016Mayın 8-də Gəncə şəhərində şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən Ələsgərov münaqişə zəminində keçmiş arvadı Səmra Həsənovaya bıçaqla çoxsaylı xəsarətlər yetirdikdən sonra könüllü olaraq Nizami (Gəncə) RPİ-yə gələrək təslim olmuşdur.
Xəstəxanaya yerləşdirilmiş S.Həsənova orada ölmüşdür.
Faktla əlaqədar cinayət işi başlanmışdır.