Mayın 3-də A.Kərimova məxsus avtomobildən akkumulyator oğurlamış şəxslər tutulmuşlar
08.05.2016Xətai RPİ 36-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 3-də Arif Kərimova məxsus “VAZ-2106” markalı avtomobildən akkumulyator oğurlamış Bakı şəhər sakinləri Elnur İbrahimov, Elxan Sadıqov və Namiq Qarayev tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların həmin gün S.Nəsirova və E.Nağıbəyova məxsus avtomobillərdən də akkumulyator oğurlamaları müəyyən edilmişdir.