Bilgəh qəsəbə sakinləri Ədalət Əliyevin və qardaşı Ataməlinin fərdi heyvandarlıq müəssisələrində vətəndaşlarının azadlıqlarını məhdudlaşdırmaqla işləməyə məcbur etmələri müəyyən edilmişdir
02.05.2016İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Bilgəh qəsəbə sakinləri Ədalət Əliyevin və qardaşı Ataməlinin Nardaran qəsəbəsinin ərazisində yerləşən fərdi heyvandarlıq müəssisələrində Azərbaycan və Ukrayna vətəndaşlarının azadlıqlarını məhdudlaşdırmaqla uzun müddət işləməyə məcbur etmələri müəyyən edilmişdir.
Faktla əlaqədar cinayət işi başlanmışdır.