Oğurluq etdiklərinə görə tutulmuş Bakı şəhər sakinləri Səbuhi Hüseynov və Ceyhun Seyidbəyovdan narkotik vasitələr götürülmüşdür
02.05.2016Mayın 2-də Nəsimi rayonu ərazisində 83 N-li xətt avtobusunda Bakı şəhər sakini Nigar Əhmədovanın çantasından pul və sənədlər oğurlanmışdır.
Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmyerliləri, əvvəllər məhkum olunmuş Səbuhi Hüseynov və Ceyhun Seyidbəyov tutulmuşlar.
C.C.Seyidbəyovdan 1,251 qram, S.Hüseynovdan isə 1,574 qram heroin götürülmüşdür.