Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi
25.04.2016Aprelin 25-də saat 08 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakinləri Kamran Abbasovun idarə etdiyi “Mercedes” və İsmayıl Babayevin idarə etdiyi “İsuzu” markalı (avtobus) avtomobillər toqquşmuşdur. Nəticədə K.Abbasov hadisə yerində ölmüş, İ.Babayevin 2 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Nizami RPİ tərəfindən araşdırma aparılır.