Daşkəsən rayon sakini Mədət Abdullayevə bıçaqla xəsarət yetirmiş Rasim Bağırov tutulmuşdur
25.04.2016Aprelin 25-də Göygöl rayonunun Üçtəpə kəndində Daşkəsən rayon sakini, əvvəllər məhkum olunmuş Rasim Bağırov münaqişə zəminində həmyerlisi Mədət Abdullayevə bıçaqla xəsarət yetirmişdir.
Göygöl RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Bağırov tutulmuşdur.