Su mühərriki oğurlamış Bərdə rayon sakinləri Qorxmaz Abbaszadə, Sərxan Sadıqov və Kamandar Haqverdizadə tutulmuşlar
23.04.2016Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 22-də rayon sakini Ramiz Quliyevə məxsus həyətyanı sahədən su mühərriki oğurlamış həmyerliləri Qorxmaz Abbaszadə, Sərxan Sadıqov və Kamandar Haqverdizadə tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların Bərdə rayon Telekommunikasiya Qovşağına məxsus 230 metr uzunluğunda kabeli oğurlamaları da müəyyən edilmişdir.