İmişli rayonunun Xəlfəli kəndində yol-nəqliyyat hadisəsi
23.04.2016Aprelin 23-də saat 18 radələrində İmişli rayonunun Xəlfəli kəndində rayon sakini Rabil Musayevin idarə etdiyi “Mercedes” və Beyləqan rayon sakini Məhəmməd Vəliyevin idarə etdiyi “Ford-Transit” markalı avtomobillər toqquşmuşdur. Nəticədə hər 2 sürücü hadisə yerində ölmüş, M.Vəliyevin 3 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
BDYPİ tərəfindən araşdırma aparılır.