Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sabunçu rayon sakinlərinə məxsus evlərdən oğurluq etmiş qrupun digər üzvü - Bakı şəhər sakini Mirfərrux Əliyev tutulmuşdur

21.04.2016

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 20-də rayon sakinlərinə məxsus evlərdən (5 fakt) oğurluq etmiş qrupun digər üzvü - Bakı şəhər sakini Mirfərrux Əliyev tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların aprelin 15-dən 20-dək olan müddətdə Maştağa qəsəbə sakini Nicat Məmmədova məxsus həyətyanı sahədən 1500 metr elektrik naqili oğurlamaları da müəyyən edilmişdir.