Sabunçu rayon sakinlərinə məxsus evlərdən oğurluq etmiş qrupun digər üzvü - Bakı şəhər sakini Mirfərrux Əliyev tutulmuşdur
21.04.2016Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 20-də rayon sakinlərinə məxsus evlərdən (5 fakt) oğurluq etmiş qrupun digər üzvü - Bakı şəhər sakini Mirfərrux Əliyev tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların aprelin 15-dən 20-dək olan müddətdə Maştağa qəsəbə sakini Nicat Məmmədova məxsus həyətyanı sahədən 1500 metr elektrik naqili oğurlamaları da müəyyən edilmişdir.