Nərimanov rayonu ərazisində müəyyən edilməmiş avtomobillə paytaxt sakini Y.Yeliseyeviç vurulmuşdur
21.04.2016Aprelin 21-də saat 23 radələrində Nərimanov rayonunun A.Nemətulla küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Yuriy Yeliseyeviç vurulmuşdur. Ona xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Nərimanov RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.