Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Aprelin 19-na keçən gecə Yevlax rayon Telekommunikasiya Qovşağına məxsus kabelin 100 metrlik hissəsini kəsərək oğurlamış rayon sakini A.Quliyev tutulmuşdur

20.04.2016

Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 19-na keçən gecə Qoyunbinəsi kəndində rayon Telekommunikasiya Qovşağına məxsus kabelin 100 metrlik hissəsini kəsərək oğurlamış kənd sakini Azər Quliyev tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 20-nə keçən gecə həmkəndlisi Famil Xəlilova məxsus qaynaq sexindən qapının qıfılını sındırmaq yolu ilə təmir-tikinti alətləri oğurlaması da müəyyən edilmişdir.

20.04.2016 tarixinə olan kriminal məlumatlar