Sumqayıt şəhərinin Yaşma qəsəbəsində yol-nəqliyyat hadisəsi
20.04.2016Aprelin 20-də saat 20 radələrində Sumqayıt şəhərinin Yaşma qəsəbəsində qəsəbə sakini Nizami Əliyev idarə etdiyi “Kia” markalı avtomobillə yolu keçən şəhər sakini Əlişirin Qasımovu vurmuş və bu zaman müəyyən edilməmiş yük avtomobili Ə.Qasımovun üzərindən keçmişdir. Ə.Qasımov hadisə yerində ölmüşdür.
BDYPİ tərəfindən araşdırma aparılır.