Tovuz rayonunun Qalaboyun kənd sakini Məqsəd Əmiraslanovu odlu silahdan açılan atəşlə qətlə yetirməkdə şübhəli bilinən Natiq Ələkbərov tutulmuşdur
17.04.2016Aprelin 13-də Tovuz rayonunun Qalaboyun kəndindən kənd sakini Məqsəd Əmiraslanov baş nahiyəsindən güllə yarası (ov tüfəngindən açılmış güllə yarası üçün xarakterik olan) ilə xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Polis və prokurorluq əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən kənd sakini Natiq Ələkbərov tutulmuşdur. Ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-34” markalı tüfəng götürülmüşdür.