Füzuli rayonunun Horadiz şəhərində yol-nəqliyyat hadisəsi
17.04.2016Aprelin 17-də saat 07 radələrində Füzuli rayonunun Horadiz şəhərində yerləşən yanacaqdoldurma məntəqəsində rayon sakini Cahid İsfəndiyarlı idarə etdiyi “Mitsubishi” markalı avtomobillə orada işləyən Beyləqan rayon sakini Hikmət Məmmədzadəni vurmuş və idarəetməni itirdiyindən avtomobili həmkəndlisi Niyaməddin Babayevə məxsus “Mercedes” markalı avtomobilə çırpmışdır. Nəticədə H.Məmmədzadə hadisə yerində ölmüş, C.İsfəndiyarlı isə xəstəxanaya yerləşdirilmişdir.
Füzuli RPŞ tərəfindən araşdırma aparılır.