Bakı şəhər sakini Orxan Sultanova zor tətbiq edərək mobil telefonunu almış paytaxt sakini Əli Məmmədov tutulmuşdur
08.04.2016Aprelin 2-də Nəsimi rayonunun D.Əliyeva küçəsində naməlum şəxs Bakı şəhər sakini Orxan Sultanova zor tətbiq edib mobil telefonunu almışdır.
Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakini Əli Məmmədov tutulmuşdur.