Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nizami rayonunun C.Naxçıvanski küçəsində ağır yol-nəqliyyat hadisəsi

08.04.2016

Aprelin 8-də saat 10 radələrində paytaxtın Nizami rayonunun C.Naxçıvanski küçəsində Bakı şəhər sakini Dünyamalı Rzayev idarə etdiyi “Otoyol” markalı avtomobillə (103 saylı xətt avtobusu) yolu keçən paytaxt sakini Svetlana Jukovanı vurduqdan sonra Beyləqan rayon sakini Vasif Əliyevin idarə etdiyi “Daewoo” markalı avtomobillə (30 saylı xətt avtobusu) toqquşmuş, idarəetməni itirmiş V.Əliyevin avtomobili isə paytaxt sakini Araslan Xəlilovun idarə etdiyi “VAZ-2107” markalı avtomobilə dəymişdir. Nəticədə S.Jukova hadisə yerində ölmüş, V.Əliyevin 11 sərnişini xəstəxanaya yerləşdirilmiş, ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.

Nizami RPİ tərəfindən araşdırma aparılır.

08.04.2016 tarixinə olan kriminal məlumatlar