Oğurluq etmiş Bakı şəhər sakinləri Sərvər Paşayev, Mədət Hüseynov və Kənan Mustafayev tutulmuşlar
31.03.2016Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 30-da Bakı şəhər sakini Ənvər Məmmədova məxsus mağazadan tütün məmulatı və ərzaq məhsulları oğurlamış həmyerliləri Sərvər Paşayev, Mədət Hüseynov və Kənan Mustafayev tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirlərilə onların daha üç mağazadan pul, tütün məmulatı, inşaat materialları, məişət əşyaları və ərzaq məhsulları oğurlamaları da müəyyən edilmişdir.