Qaradağ rayonunun Səngəçal qəsəbəsində yol-nəqliyyat hadisəsi
31.03.2016Martın 31-də saat 04 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsində Bakı şəhər sakini Vüsal Ələkbərov idarə etdiyi “Mitsubishi” markalı avtomobili yolun kənarındakı avtobus dayanacağının hasarına vurmuşdur. Nəticədə V.Ələkbərovun sərnişinlərindən paytaxt sakini Əsgər Əliyev hadisə yerində, digər sərnişini İsmayıl Çerçiyev isə xəstəxanada ölmüşlər.
BDYPİ tərəfindən araşdırma aparılır.