“Aztelekom” İB-nin Sumqayıt şəhər Telekommunikasiya qovşağına məxsus 32 metr rabitə kabelini oğurlamış şəxslər tutulmuşlar
26.03.2016Martın 23-nə keçən gecə Sumqayıt şəhərində “Aztelekom” İB-nin Sumqayıt şəhər Telekommunikasiya qovşağına məxsus işlək vəziyyətdə olan 32 metr rabitə kabeli dirəklərdən kəsilərək oğurlanmışdır.
Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Elvin Nəsrullayev və Hikmət Fərəcov tutulmuşlar.