Fevralın 10-da Göygöl rayon sakini Z.Əliyevaya məxsus torpaq sahəsindən su çəni oğurlamış şəxslər tutulmuşlar
26.03.2016Göygöl RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 10-da rayon sakini Zülfiyyə Əliyevaya məxsus torpaq sahəsindən su çəni oğurlamış həmyerliləri Elməddin Bayramov, Seymur Əlyarov və əvvəllər məhkum olunmuş Nazir Əliyev tutulmuşlar.
Seymur Əlyarovun və Nazir Əliyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların həmin gün “Vedi Şiraz” MMC-yə məxsus dəmir borunu, habelə 2015-ci ilin dekabr ayından cari ilin fevral ayınadək olan müddətdə rayon sakinləri Elvin Əliyev və Elnur Hüseynovla birgə Balçılı kənd sakinləri Zabil Məmmədova və Hüseyn Mahmudova məxsus həyətyanı sahələrdən müvafiq olaraq 3 baş inək və 2 baş qoyun oğurlamaları da müəyyən edilmişdir.
Həyata keçirilmiş tədbirlərlə E.Əliyev və E.Hüseynov da tutulmuşlar.