Ağcabədi rayonunun Boyad kəndində yol-nəqliyyat hadisəsi
16.03.2016Martın 16-da saat 18 radələrində Ağcabədi rayonunun Boyad kəndində rayon sakinləri İlqar Dadaşovun və Niyaməddin Hüseynovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşmuş, nəticədə idarəetməni itirmiş İ.Dadaşov avtomobili yolun kənarındakı ağaça çırpmışdır. İ.Dadşovun sərnişinləri - Şaban Mehdiyev və Vüsal Atakişiyev hadisə yerində ölmüş, özü və daha 2 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.