Oğurluq etmiş Yevlax rayon sakini Aygün Şahsuvarova tutulmuşdur
16.03.2016Martın 1-dən 12-dək olan müddətdə paytaxtın Nizami rayonu ərazisindəki ticarət mərkəzlərindən birində, orada işləyənlər - Bakı şəhər sakinləri H.Əlizadəyə, R.Xəlilovaya və A.Ağazadəyə məxsus qızıl əşyalar oğurlanmışdır.
Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Aygün Şahsuvarova tutulmuşdur.