Bakı şəhər sakini Canəli İsmayılzadə tutulmuşdur
12.03.2016Martın 12-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində naməlum şəxs qəsəbə sakini İlkin Əliyevin sifət nahiyəsinə başı ilə vuraraq mobil telefonunu almışdır.
Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Canəli İsmayılzadə tutulmuşdur.