Quba rayonunun Qırız-Dəhnə kəndində yol-nəqliyyat hadisəsi
12.03.2016Martın 12-də saat 17 radələrində Quba rayonunun Qırız-Dəhnə kəndində Xınalıq kənd sakini Elvin Məlikov idarə etdiyi “VAZ-2121” markalı avtomobili dərəyə aşırmışdır. Nəticədə sərnişinləri, həmyerliləri Elşən Yarməmmədov və Şahin Bahaddinov hadisə yerində ölmüş, özü isə xəsarətlə xəstəxanaya yerləşdirilmişdir.
Quba RPŞ tərəfindən araşdırma aparılır.