Astara rayon sakini Heydər Məmmədovdan külli miqdarda narkotik vasitələr götürülmüşdür
09.03.2016Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini Heydər Məmmədovdan 2 kiloqram 614,17 qram tiryək, 23,19 qram marixuana götürülmüşdür. Onun paytaxtda kirayədə yaşadığı evə baxış zamanı isə 15 kiloqram 183 qram marixuana və 2,613 qram tiryək aşkar edilərək götürülmüşdür.