İmişli şəhərində yol-nəqliyyat hadisəsi
09.03.2016Martın 9-da saat 21 radələrində İmişli şəhərində rayon sakini Aqil Həsənli idarə etdiyi “Changan” markalı avtomobillə yolu keçən həmyerlisi Vüsal Tanrıverdiyevi vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş V.Tanrıverdiyev orada ölmüşdür.
İmişli RPŞ tərəfindən araşdırma aparılır.