Xətai rayonunun Nobel prospektində “VAZ-21074” markalı avtomobillə 50-55 yaşlı kişi vurulmuşdur
08.03.2016Martın 8-də saat 23 radələrində Xətai rayonunun Nobel prospektində Bakı şəhər sakini Elvin Verdiyev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən 50-55 yaşlı kişini vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş həmin şəxs orada ölmüşdür.
Xətai RPİ tərəfindən araşdırma aparılır.