Martın 6-da V.İsmayılova məxsus avtomobildən pul və məişət əşyaları oğurlamış Gəncə şəhər sakini X.Kazımzadə tutulmuşdur
08.03.2016Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 6-da Vüsal İsmayılova məxsus “İsuzu” markalı avtomobildən pul və məişət əşyaları oğurlamış Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Xəyal Kazımzadə tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun martın 5-də Aftandil Ələsgərova məxsus evdən təmir-tikinti alətləri oğurlaması da müəyyən edilmişdir.