Masallı rayon sakini C.İmamyarova kəsici-deşici alətlə xəsarət yetirmiş C.Nuriyev tutulmuşdur
04.03.2016Fevralın 22-də Masallı rayonunun Qəriblər kəndindən kənd sakini Ceyhun İmamyarov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilmiş və izahatında yıxılması nəticəsində xəsarət almasını bildirmişdir.
Masallı RPŞ əməkdaşları tərəfindən ona bıçaqla xəsarətin şəhər sakini Ceyhun Nuriyev tərəfindən yetirilməsi müəyyən edilmişdir. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə C.Nuriyev tutulmuşdur.