Neftçala rayonunda “MT-1” markalı motosikletlə vurulmuş iki rayon sakinindən biri ölmüşdür
04.03.2016Martın 4-də saat 16 radələrində Neftçala rayonunun Xolqaraqaşlı kəndində kənd sakini Murad Şahpələngov idarə etdiyi “MT-1” markalı motosikletlə yolu keçən həmkəndliləri Güldəstə Zeynalovanı və Yeganə Təhməzovanı vurmuşdur. Nəticədə hər iki piyada xəstəxanaya yerləşdirilmiş, Y.Təhməzova orada ölmüşdür.
Neftçala RPŞ tərəfindən araşdırma aparılır.